DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Hakan Fidan və Ararat Mirzoyan regionda baş verən son prosesləri müzakirə ediblər

Danışıq zamanı cari regional hadisələr və qarşıda duran məsələlər müzakirə olunub.
Sputnik
BAKI, 27 sentyabr - Sputnik. Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyə XİN-nin məlumat yayıb.
Danışıq zamanı cari regional hadisələr və qarşıda duran məsələlər müzakirə olunub.
Türkiyə mənbələrinin yazdığına görə, Ararat Mirzoyan qarşı tərəflə Türkiyə-Ermənistan sərhədlərinin açılması, Azərbaycanla münasibətlərin sabitləşməsi istiqamətində təcili tədbirlərin görülməsi, Qarabağın erməni əhalisinin taleyi ilə bağlı müvafiq işlərin aparılması barədə fikir mübadiləsi edib.