RUSİYA

Dünyada ilk dəfə günəş enerjisi ilə işləyən katamaranla okeanı keçəcəklər

Məşhur rus səyyahı Fyodor Konyuxov okeanda mikroplastikləri öyrənmək üçün elmi proqramla səyahətə çıxacaq.
Sputnik
BAKI, 27 sentyabr — Sputnik. Məşhur rus səyyahı Fyodor Konyuxov günəş enerjisi ilə işləyən katamaranda ilk dəfə Sakit okeanı keçmək niyyətində olduğunu bildirib.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Səyyahın sözlərinə görə, o, okeanda mikroplastikləri öyrənmək üçün elmi proqramla səyahətə çıxacaq.
Ekspedisiyanın birinci mərhələsində Konyuxov Atlantik okeanı üzərindən Kanar adalarından Karib adalarına, ondan sonra isə Sakit okeanı vasitəsi ilə Çilidən Avstraliyaya səyahət edəcək. Səyahəti boyu o, video gündəliyi tutacaq və suda mikroplastiklərin olub-olmadığını qeyd edəcək.
Bundan əvvəl Konyuxovun beynəlxalq idman ustası İqor Potapkinlə birlikdə paraplan uçuşlarının hündürlüyünə görə yeni dünya rekordu müəyyənləşdirdiyi bildirilirdi. Onlar Elbrus bölgəsində 4728 m hündürlüyə qalxmışdılar.