BAKI, 27 sentyabr — Sputnik. "Şimal axını"na terror hücumu bu və ya digər şəkildə ABŞ və Böyük Britaniya tərəfindən təşkil edilib, bu ölkələrin insidentdə əli var. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Cənab Herşin hansı məlumatlara malik olduğunu bilmirik, lakin hər halda, onun dərc etdiyi məlumatlar, şübhəsiz ki, bizim xüsusi xidmət orqanlarının məlumatlarına uyğun gəlir", - Kreml nümayəndəsi Seymur Herşin "Şimal axını" və "Şimal axını 2" qaz kəmərlərində baş verən partlayışların halları haqqında məlumatı şərh edərkən deyib.
"Kimin hansı mexaniki yazı makinalarında yazması o qədər də vacib deyil, vacib olan faktiki olaraq beynəlxalq müştərək müəssisəyə aid olan kritik enerji infrastrukturuna qarşı belə bir terror aktının, Birləşmiş Ştatlar tərəfindən bu və ya digər şəkildə təşkil edilməsidir. Amerika və Böyük Britaniya dövlətləri bu və ya digər şəkildə bu terror aktında iştirak edirlər", - Rusiya dövlət başçısının mətbuat katibi bildirib.
Herş yeni məqaləsində ABŞ-ın Almaniya və Avropaya təsirini itirmək qorxusundan Şimal Axınlarını partlatdığını iddia edib. Adı açıqlanmayan ABŞ rəsmisi də publisistə deyib ki, Vaşinqton bombardman üçün hədəf kimi "Şimal axını"nı seçib, çünki bu prosesdə iştirakını asanlıqla inkar edə biləcəyinə inanır.
2022-ci ilin sentyabrın 26-da Rusiyanın Avropa istiqamətindəki iki qaz kəmərinə - "Şimal axını" və "Şimal axını 2"yə hücumlar baş verib. Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etmir. "Şimal axını"nın operatoru "Nord Stream AG" qaz kəmərlərində fövqəladə vəziyyətin görünməmiş olduğunu və təmir vaxtını təxmin etməyin mümkün olmadığını bildirib. Rusiya Federasiyasının Baş Prokurorluğu "Şimal axını" qaz kəmərlərinə dəyən ziyandan sonra beynəlxalq terror aktı ilə bağlı cinayət işi açıb.