CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

QHT-lərə Dövlət Dəstəyi Agentliyi Ulu Öndərin və şəhidlərin xatirəsini yad edib - Video

300-dən çox qeyri-hökumət təşkilatlarının nümayəndələri Fəxri xiyabanı, I və II Şəhidlər xiyabanlarını ziyarət edib.
Sputnik
BAKI, 26 sentyabr — Sputnik. Anım Günü ilə əlaqədar bu gün Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kollektivi, 300-dən çox qeyri-hökumət təşkilatlarının nümayəndələri Fəxri xiyabanı, I və II Şəhidlər xiyabanlarını ziyarət edib. Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, Vətən uğrunda döyüşlərdə şəhid olan qəhrəmanların məzarlarına gül dəstələri düzülüb. Bildirilib ki, bütün Azərbaycan bu igid övladları ilə fəxr edir, onlarla qürur duyur.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Ulu Öndərin xatirəsini yad edib