RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Makqreqor: Rusiya ordusu "Abrams" tanklarını havadan məhv edəcək

"Abrams" tanklarının Kiyevə verilməsi xüsusi hərbi əməliyyat zonasında qüvvələr balansını dəyişməyəcək.
Sputnik
BAKI, 26 sentyabr — Sputnik. Rusiya Silahlı Qüvvələri Amerika tərəfinin Ukrayna Silahlı Qüvvələrinə verdiyi "Abrams" tanklarını hava zərbələri ilə məhv edəcək.
Bunu Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor bildirib.
Makqreqor qeyd edib ki, Amerika döyüş maşınları Rusiya Federasiyasının zərbə sistemlərinin əhatə dairəsinə düşən kimi məhv ediləcək. O, həmçinin vurğulayıb ki, "Abrams" tanklarının Kiyevə verilməsi xüsusi hərbi əməliyyat zonasında qüvvələr balansını dəyişməyəcək.
Qeyd edək ki, Rusiya Federasiyasının XHƏ zonasındakı döyüşçüləri artıq bu döyüş maşınlarını məhv etmək üçün vəsaitlə təmin olunublar.
Bundan əvvəl Makqreqor bildirmişdi ki, Rusiya hərbçiləri Qərbi Ukraynadakı aerodromları orada yerləşən "Su-24" bombardmançıları ilə birlikdə məhv edəcəklər.