BAKI, 26 sentyabr — Sputnik. Avropa ölkələri Rusiyaya qarşı birtərəfli sanksiyaların tətbiqi tempini əhəmiyyətli dərəcədə ləngidiblər.
Rusiyanın Aİ-dəki daimi nümayəndəsi Kirill Loqvinov bu fenomenin səbəblərini "RİA Novosti" ilə söhbətində izah edib.
Onun sözlərindən, avropalıların anti-Rusiya məhdudiyyətlərindən yorulduğunu deyə bilərik. Ancaq bu səbəb əsas deyil, çünki yorğunluq sabit xarakterlidir.
"Onun dərəcəsi üzv ölkələr arasında qeyri-bərabər dəyişir və onların daxili siyasi həyatının ritmindən, ilk növbədə seçki dövrlərindən asılıdır", - deyə Loqvinov bildirib.
Onun fikrincə, əsas əyləc müttəfiqlər arasında artan fikir ayrılığıdır. Onlar hazırda mövcuddur və gələcəkdə daha da güclənəcəklər.
Digər səbəblər sanksiyaların nəticələri, Kiyevə irimiqyaslı maliyyə yeridilməsi və bütün mövcud çağırış və təhdidlərə cavab tapa bilməmək olub.
Eyni zamanda, Vaşinqton getdikcə daha çox məhdudiyyətlər fikirləşib tapmağa davam edir. Belə ki, bir müddət əvvəl ABŞ Ticarət Departamenti ölkənin milli təhlükəsizliyi və xarici siyasətinin maraqlarına zidd fəaliyyət göstərən 7 ölkədən 28 şirkətə ixrac məhdudiyyəti tətbiq etmək qərarına gəlib. Siyahıya Rusiya Federasiyasından beş şirkət daxil edilib.