BAKI, 26 sentyabr - Sputnik. Bakının bir sıra yollarında tıxac yaranıb.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda:
1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
3. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Tbilisi prospekti, mərkəz istiqamətində;
6. Babək prospekti, mərkəz istiqamətində;
7. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
8. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.