HADİSƏ

Bərdədə yaşayış binasında partlayış olub, xəsarət alanlar var

Onlar Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Sputnik
BAKI, 26 sentyabr — Sputnik. Bərdədə çoxmənzilli yaşayış binasında partlayış olub.
APA xəbər verir ki, hadisə Bərdə rayonunda, keçmiş məcburi köçkünlər üçün salınmış şəhərcikdə yerləşən 866 saylı binadakı mənzildə qeydə alınıb.
Hadisə nəticəsində ev sahibi və arvadı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.