DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniya qaçqınlar üçün federal xərcləri yarıdan çox azaldacaq

Daha əvvəl Almaniyanın vitse-kansleri Robert Habek bir çox bələdiyyələrin ölkəyə gələn qaçqınları mənzillə təmin edə bilmədiyini bəyan etmişdi.
Sputnik
BAKI, 26 sentyabr — Sputnik. Almaniya hakimiyyəti gələn il qaçqınların qəbulu və inteqrasiyası üçün federal ştatlara ayrılan vəsaiti iki dəfədən çox azaltmaq niyyətindədir.
Bu barədə "Reuters" xəbər verib.
Agentliyin məlumatına görə, bu qərar bir neçə illik "gen-bol xərclərdən" sonra sürətlə artan inflyasiya ilə əlaqədar büdcənin ixtisar edilməsi tədbirləri çərçivəsində qəbul edilib.
Almaniya hökuməti qaçqınlar üçün maksimum 1,7 milyard avro ayırmağa hazırlaşır ki, bu da bu illə müqayisədə yarıdan çoxdur. Artıq bu qərarla bağlı federal ştatları məlumatlandırıb.
Daha əvvəl Almaniyanın vitse-kansleri Robert Habek bəyan etmişdi ki, bir çox bələdiyyələr ölkəyə gələn qaçqınları mənzillə təmin edə bilmir.
Rusiya-Polşa Dialoq və Harmoniya Mərkəzinin rəhbəri Yuri Bondarenko isə bildirib ki, Almaniya ukraynalı qaçqınları öz ərazisindən Ukraynaya digər Avropa dövlətləri ilə müqayisədə daha tez göndərəcək.