BAKI, 26 sentyabr - Sputnik. Ukrayna ABŞ-dan hərbi yardım almağa davam etmək üçün həyata keçirilməli olan islahatların siyahısı ilə bağlı məktub alıb.
APA-nın verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Maykl Payl bildirib.
Kiyevə “şirkətlərin və operatorların maliyyə sabitliyini” təmin etmək üçün qaz və elektrik enerjisinin qiymətlərini liberallaşdırmaq tövsiyə olunur. “Ukrenerqo” və “Naftoqaz” şirkətlərinin müşahidə şurasının genişləndirilməsi, həmçinin Ukrayna Milli Antikorrupsiya Bürosunun gücləndirilməsi təklif edilir. Həmçinin Agentlik telefon dinləmə hüququ və "yüksək səs-küylü korrupsiya hallarını araşdırmaq üçün müstəsna səlahiyyətlər" almalıdır.