DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Venesuela Xarici İşlər Nazirliyi: Venesuela BRİKS-ə üzv olmağa çalışır

Nazir qeyd edib ki, ölkənin namizədliyi Braziliya, Rusiya, Çin və Cənubi Afrika tərəfindən qətiyyətlə dəstəklənir.
Sputnik
BAKI, 25 sentyabr — Sputnik. Venesuela yaxın gələcəkdə BRİKS-ə üzv olmağa çalışır.
Bu barədə RİA Novosti ölkənin xarici işlər naziri İvan Gil Pintonun söylədiklərinə istinadən xəbər verib.
"Venesuela yaxın gələcəkdə rəsmi olaraq BRİKS üzvü olmağa səy göstərir", - deyə RİA Novosti Venesuela xarici işlər nazirindən sitat gətirir.
Pinto qeyd edib ki, ölkənin namizədliyini Braziliya, Rusiya, Çin və Cənubi Afrika qətiyyətlə dəstəkləyir.
Nazir əlavə edib ki, Karakas şəhəri hazırkı mərhələdə təşkilatın genişlənməsindən məmnundur.
Bu yaxınlarda İran Prezidenti İbrahim Rəisi "RT"yə müsahibəsində bildirib ki, ölkənin və BRİKS-in potensiallarının birləşməsi möhkəm güc mərkəzi yaradacaq.
İvan Gil Pinto həmçinin bildirib ki, Venesuela tezliklə dünyanın dördüncü ən böyük qaz ehtiyatına çevriləcək.
"Sizə xatırlatmaq istərdik ki, Venesuela dünyanın ən böyük neft ehtiyatıdır və biz tezliklə dünyanın dördüncü ən böyük qaz ehtiyatına çevriləcəyik", - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, dünyanın bir çox şirkətləri Venesuelada müxtəlif sektorlarda, o cümlədən energetikada iştirak etməyə maraq göstərirlər.