DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukraynanın qızğın Avropalı müttəfiqləri mövqelərini itirməyə başlayıblar

Polşa ilə mübahisə Ukraynaya Qərb ölkələrinin dəstəyini azalda bilər.
Sputnik
BAKI, 25 sentyabr — Sputnik. Ukrayna qarşıdan gələn seçkilər və bu dövlətlərin digər daxili siyasi problemləri fonunda avropalı müttəfiqlərinin dəstəyini itirmək riski ilə üzləşir.
Bu barədə "Politico" yazıb.
Polşa buna bariz nümunə olub. Varşava öz iqtisadi problemlərini Ukrayna böhranından üstün tutub. Buna görə də ölkə ucuz Ukrayna taxılını qəbul etməkdən imtina edib, sonra isə silahların daşınmasına tamamilə qadağa qoyub.
"Bir il yarım ərzində Polşa Ukraynaya qarşı ən kiçik tərəddüd belə göstərən istənilən Aİ üzvünə qarşı çıxıb. Hazırda isə o, əsl üzünü göstərdi", – Qərb diplomatlarından biri jurnalistlərlə söhbətində bunu deyib.
Polşa yəqin ki, qarşıdan gələn seçkilərə görə bu mövqeyi inkişaf etdirib. Amma eyni zamanda səsvermədən sonra da bu tendensiyanın davam edəcəyini düşünməyə əsaslar var.
Digər dövlətlər də o qədər də fəal dəstək göstərmirlər. Nümunə kimi nəşr daxili siyasi qalmaqallara görə "sakitləşən" Estoniyanı göstərir.
Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenskinin çətin vəziyyətə düşdüyü bildirilib. Polşa ilə mübahisə Ukraynaya Qərb ölkələrinin dəstəyini azalda bilər.