DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tramp seçkiqabağı reytinqlərdə Baydeni ötüb

Araşdırmaya görə, respondentlərin 52%-i Ağ Evin sabiq rəhbərini, 42%-i isə hazırkı prezidenti dəstəkləyir.
Sputnik
BAKI, 25 sentyabr - Sputnik. ABŞ-ın sabiq Prezidenti Donald Tramp 2024-cü il seçkiləri ərəfəsində hazırki ABŞ Prezidenti Co Baydenə qalib gələrək seçkiqabağı yarışa liderlik edir. Araşdırmaya görə, respondentlərin 52%-i Ağ Evin sabiq rəhbərini, 42%-i isə hazırkı prezidenti dəstəkləyir.
Bu barədə “The Washington Post” nəşri “ABC News” telekanalı ilə birgə sorğusuna əsasən yazır.
Sorğuya görə, amerikalıların əksəriyyəti ümumiyyətlə Baydenin işindən narazıdırlar. Respondentlərin 56%-i onun dövlət başçısı kimi fəaliyyətini mənfi, yalnız 37%-i müsbət qiymətləndirir. Trampın vəziyyətində isə respondentlərin 48%-i onun prezidentliyini müsbət qiymətləndirir, 49%-i isə əks fikirdədir.
Tədqiqatda qeyd edilir ki, amerikalılar Baydenin siyasətindəki mühüm məsələlərdən biri kimi Ukrayna mövzusuna soyuq yanaşıblar. Belə ki, respondentlərin 41%-i hesab edir ki, ABŞ artıq Ukrayna üçün çox şey edib, respondentlərin 31%-i cari sayda yardımdan məmnundurlar, yalnız 18%-i Kiyev üçün daha çox dəstək tələb edir.
Bu yaxınlarda bildirilib ki, amerikalıların əksəriyyəti Zelenskini Bayden və Trampdan daha çox sevirlər.