BAKI, 25 sentyabr - Sputnik. ABŞ-da Vladimir Zelenski hərbi yardımın davam etdirilməsinə haqq qazandırmaq üçün Rusiya ərazilərini ələ keçirmək ehtimalı barədə yalan danışmalı olub.
Bunu ABŞ silahlı qüvvələrinin sabiq kəşfiyyatçısı Skott Ritter “YouTube” kanalında deyib.
“Rusiya torpaqlarının işğalının mümkünlüyü ilə bağlı bəyanat siyasi xarakter daşıyır. Bu, digər dövlətlərdən pul almağa davam etmək üçün lazımdır”, - deyə Ritter bildirib.
ABŞ-ın sabiq kəşfiyyatçısı qeyd edib ki, Zelenski cəbhədəki real vəziyyətdən xəbərdardır, lakin o, Qərbi aldatmalı olur.
Bu yaxınlarda Zelenski BMT Baş Assambleyasında çıxışı zamanı "sülh planı" adlanan iki bəndi təqdim edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, “Zelenski formulası” mənasız ultimatumdur.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub. Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib.
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.
Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.