DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran Avropa ölkələrinin "acığına" uranı 60 %-ə qədər zənginləşdirir

Rəisinin sözlərinə görə, Tehran bu hərəkətlərin nüvə silahı əldə etmək məqsədi daşımadığını, avropalıların öz öhdəliklərinə “sədaqətsizliyinə” cavab olduğunu rəsmən bəyan edib.
Sputnik
BAKI, 25 sentybar - Sputnik. İran tərəfi bəzi Avropa ölkələrinin Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) çərçivəsində öhdəliklərinin pozulmasına cavab olaraq uranı 60 % və ya daha çox zənginləşdirir.
Bu barədə İran Prezidenti İbrahim Rəisi CNN-ə müsahibəsində deyib.
“Biz bu addımları üç Avropa ölkəsi tərəfindən öhdəliklərin pozulmasına cavab olaraq atdıq. Əvvəlcə biz öhdəliklərimizə əsaslanaraq 60 %-ə qədər zənginləşdirməyə can atmırdıq”, - dövlət başçısı bildirib.
Rəisinin sözlərinə görə, Tehran bu hərəkətlərin nüvə silahı əldə etmək məqsədi daşımadığını, avropalıların öz öhdəliklərinə “sədaqətsizliyinə” cavab olduğunu rəsmən bəyan edib.
“Əgər onlar […] öhdəliklərinə qayıtsalar, əmin olun ki, İslam Respublikası keçmişdə olduğu kimi, öz öhdəliklərinə sadiq qalacaq” - Rəisi vurğulayıb (Report).
Xatırladaq ki, İran AEBA-nın 8 müfəttişinin akkreditasiyasını ləğv edib.