NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Qaz 2050-ci ildən sonra əsas enerji mənbəyi olacaq

Təbii qaz mühüm amil olaraq qalmağa davam edəcək və bir çox ölkələrdə 2050-ci ildən sonra bir çox ölkədə uzun illər əsas istehsal gücləri üçün enerji mənbəyi kimi istifadə ediləcək.
Sputnik
BAKI, 25 sentyabr — Sputnik. Təbii qaz uzunmüddətli perspektivdə və 2050-ci ildən sonra bir çox ölkədə əsas enerji mənbəyi olaraq qalacaq.
Bunu Qətərin energetika üzrə dövlət naziri Saad əl-Kaabi Tokioda Yaşıl Keçid Həftəsinin nazirlər toplantısında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, aşağı karbonlu enerji sektoruna hər hansı balanslaşdırılmış keçid təbii qazın cari və gələcək enerji kompleksinə inteqrasiyasını tələb edir. Təbii qaz mühüm amil olaraq qalmağa davam edəcək və bir çox ölkələrdə 2050-ci ildən sonra bir çox ölkədə uzun illər əsas istehsal gücləri üçün enerji mənbəyi kimi istifadə ediləcək.
Nazir vurğulayıb ki, bərpa olunan enerji mənbələrindən istifadə zərurəti olsa da, bu, xüsusilə onların daimi olmadığı xarakterinə görə yeganə həll yolu deyil (APA).