RUSİYA

Kreml Ərdoğanla Əliyevin Naxçıvanda planlaşdırılan görüşünə reaksiya verdi

Rusiya prezidentinin sözçüsü bildirib ki, onlar suveren ölkələrdir və əməkdaşlığı inkişaf etdirmək üçün öz suveren hüquqlarını həyata keçirirlər.
Sputnik
BAKI, 25 sentyabr — Sputnik. Kreml Azərbaycan və Türkiyə liderlərinin Naxçıvan görüşünün regionda təhlükəsizliyə töhfə verəcəyini gözləyir. Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
"Onlar suveren ölkələrdir və əməkdaşlığı inkişaf etdirmək üçün öz suveren hüquqlarını həyata keçirirlər. Biz Bakı ilə Ankara arasında nə qədər sıx münasibətlər olduğunu bilirik", - Rusiya prezidentinin mətbuat katibi bildiribş
Dmitri Peskov əlavə edib ki, həmçinin Moskvanın Ankara və Bakı ilə yaxın əlaqələri mövcuddur.
Bu gün Naxçıvanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyevin görüşü gözlənilir.
Azərbaycan və Türkiyə prezidentlərinin İğdır-Naxçıvan Təbii Qaz Xəttinin təməlqoyma mərasiminə iştirakları və modernizə edilmiş Naxçıvan Hərbi Kompleksinin açılışı nəzərdə tutulub.
SİYASƏT
Azərbaycan və Türkiyə liderləri Naxçıvanda bəyanatla çıxış ediblər