RUSİYA

Lavrov və Hakan Fidanın müavinləri Qarabağda baş verənləri müzakirə ediblər

Tərəflər regional böhranların siyasi və diplomatik yolla həllinə alternativin olmadığını qeyd ediblər.
Sputnik
BAKI, 23 sentyabr — Sputnik. Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin türkiyəli həmkarı Burak Akçapar ilə Qarabağ və Suriya ətrafındakı vəziyyəti müzakirə edib.
Bu barədə Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyi məlumat yayıb.
Tərəflər həmçinin taxıl müqaviləsini müzakirə ediblər.
Hər iki tərəf qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsinin və ehtiyacı olan ölkələrə lazımi dəstəyin göstərilməsinin vacibliyini vurğulayıb, həmçinin regional böhranların siyasi və diplomatik yolla həllinə alternativin olmadığını qeyd ediblər.
31.08.23, 16:38
Lavrovla Hakan Fidan arasında görüş olub - VİDEO
Moskvada Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrovla Hakan Fidan arasında görüş başlayıb. Hazırda nazirlər təkbətək danışıqlar aparırlar.
Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş olacaq. Danışıqlardan sonra S.Lavrov və H.Fidan birgə mətbuat konfransı keçirəcək.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova avqustun 30-da bildirmişdi ki, Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada keçiriləcək danışıqlarda yüksək səviyyəli təmasların cədvəlini, o cümlədən Ukrayna və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər.
Onun sözlərinə görə, nazirlər Ukraynada və Cənubi Qafqazda, Suriyada, Liviyadakı vəziyyəti müzakirə edəcək, həmçinin Rusiya-Türkiyə ikitərəfli əməkdaşlığının vəziyyətini, o cümlədən Azərbaycan enerji sektorunda strateji layihələrin həyata keçirilməsi kontekstində müzakirələr aparacaqlar.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün Rusiyaya gedəcək.
28.08.23, 19:12
Yaxın vaxtlarda Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında danışıqlar baş tutacaq.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Bu Hakan Fidanın Türkiyə xarici işlər naziri vəzifəsinə təyinatından sonra Rusiyaya ilk səfəri olacaq.
Görüş zamanı xüsusilə "Taxıl sazişi"nin müzakirə olunacağı gözlənilir.
Taxıl sazişi iyulun 18-də dayandırılıb, Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib. Rusiya prezidenti Vladimir Putin daha əvvəl qeyd edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtləri yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində deyillər.
Putin dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib və sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələrə, o cümlədən Afrika ölkələrinə taxıl tədarükü heç vaxt həyata keçirilməyib.