SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan Ermənistanı ona uzadılan sülh əlini tutmağa və səmimi olmağa çağırdı

Azərbaycanlı qardaşlarımız Türk millətinin ədalət və mərhəmətini bir daha bütün dünyaya göstərmişlər
Sputnik
BAKI, 25 sentyabr - Sputnik. Son zəfərlə birlikdə bölgədə əhatəli normallaşma üçün yeni fürsət pəncərələri açılmışdır. Bu fürsətin dəyərləndirilməli olduğuna inanıram.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında səsləndirib.
“Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik. Hər zaman vurğuladığım kimi, sülhün uduzanı olmaz”, - deyən Türkiyə dövlətinin başçısı vurğulayıb ki, bölgəmizdə sülh, sabitlik və rifahın yaranması xalqlarımıza olan borcumuzdur.
"Biz bu borcu yerinə yetirməkdə qətiyyətliyik, səmimiyik. Arzumuz qarşı tərəfin də eyni səmimiyyəti göstərməsidir" - o əlavə edib.
Ərdoğan Naxçıvanda Müzəffər Azərbaycan Ordusunu həm tarixi qələbə, həm də mülki şəxslərə göstərdiyi humanitar davranış münasibətilə ürəkdən təbrik edib.
“Azərbaycanlı qardaşlarımız Türk millətinin ədalət və mərhəmətini bir daha bütün dünyaya göstərmişlər” - deyə Türkiyə lideri əlavə edib.
SİYASƏT
Şuşa Bəyannaməsi münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib - Ərdoğan