CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DYP-dən xəbərdarlıq: "Cəriməni buradan ödəyərək endirim əldə et" kampaniyası saxtadır

Baş Dövlət Yol Polisi İdarəsi bəyan edib ki, cərimələri ödəyərkən "asancerime.com" kimi səhifələrdə vəd edilən kampaniyalara aldanmayın. Çünki o səhifələrin dövlətimizlə əlaqəsi yoxdur.
Sputnik
BAKI, 25 sentyabr — Sputnik. Son zamanlar vətəndaşlara cərimə borcları ilə bağlı endirim kampaniyaları vəd edən saxta səhifələrin reklamı sosial şəbəkələrdə geniş yayılır.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan biri də "asancerime.com" səhifəsidir.
Yol polisi bu səhifələrlə bağlı vətəndaşlara xəbərdarlıq edib:
"Vətəndaşlarımızdan belə səhifələrə etibar etməməyi, şəxsi və bank kartları məlumatlarını bu cür səhifələrlə paylaşmamağı xahiş edirik. Bu cür səhifələrin dövlətimizlə və rəsmi qurumlarla heç bir əlaqəsi yoxdur. Qeyd olunan səhifə ABŞ-da yaradılıb".