RUSİYA

ABŞ və Aİ Rusiyanı "zəiflətmək müharibəsini" nə üçün uduzur?

Faktlar arasında Ukraynanın əks-hücumunun uğursuzluğu, Ukrayna Silahlı Qüvvələrinin kadr çatışmazlığı və əhalinin ümumi səfərbərliyi də qeyd edilib.
Sputnik
BAKI, 25 sentyabr — Sputnik. Vaşinqton Ukraynanı silahla təchiz etmək üçün öz ziyanına külli miqdarda vəsait ayırıb. Bununla yanaşı, Qərb ölkələri də Kiyev rejiminə verilə biləcək silahların milli ehtiyatlarını tükəndiriblər.
Bu sözlərlə Dövlət Dumasının sədri Vyaçeslav Volodin ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı "zəiflətmək müharibəsində" uduzduğunu sübut edən amilləri özünün "Telegram" kanalında sadalayıb.
Volodin faktlar arasında Ukraynanın əks-hücumunun uğursuzluğunu, Ukrayna Silahlı Qüvvələrinin kadr çatışmazlığını və əhalinin ümumi səfərbərliyini də qeyd edib. Münaqişə ötən il Ukraynanın ÜDM-nin 30,4% azalmasına gətirib çıxarıb ki, bu da onun tarixində ən pis nəticədir.
"Üstəlik, Ukraynada demoqrafik vəziyyət kəskin şəkildə pisləşib, çünki 10,5 milyon insan ölkəni tərk edib. Öz növbəsində, Aİ və digər ölkələrə qaçqın axını böhrana, Qərb siyasətçilərinin hərəkətləri isə Avropa İttifaqı və ABŞ vətəndaşları arasında onlara inamın itməsinə səbəb olub", - deyə Volodin sözünü yekunlaşdırıb.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında bildirib ki, Qərb dövlətləri Ukraynanın dağılmasına və onun ərazisində vətəndaş müharibəsinin qızışdırılmasına görə birbaşa məsuliyyət daşıyırlar.