BAKI, 24 sentyabr - Sputnik. Qusar rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, yolu keçən 2011-ci il təvəllüdlü Məmmədli Əli Zahid oğlunu avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması, bədənin çoxsaylı sınıqları və əzikləri diaqnozları qoyulub.
Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.