RUSİYA

Lavrov: ABŞ Şərqdə yeni düşmən ittifaqları yaradır

Lavrov həmçinin ümumi siyasi müzakirədə ABŞ və Avropa ölkələrinin tamamilə öhdəlik götürdüklərini və onları yerinə yetirmədiklərini bəyan edərək, Qərbi yalan imperiyası adlandırıb.
Sputnik
BAKI, 24 sentyabr - Sputnik. Rusiya xarici işlər nazirinin sözlərinə görə, Vaşinqton ittifaq üzvlərini NATO ilə praktiki əməkdaşlığa cəlb edir.
Vaşinqton Şərqdə yeni düşmən ittifaqlarının yaradılması prosesinə rəhbərlik edir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasında keçirilən ümumi siyasi debatlar zamanı deyib.
Rusiya xarici işlər nazirinin bildirdiyinə görə, Vaşinqton öz nəzarəti altında AUKUS (Avstraliya, İngiltər və ABŞ) kimi hərbi-siyasi mini-alyanslar yaradır. Lavrov ABŞ-Yaponiya-Koreya Respublikasını “üçlük” və Tokio-Seul-Kanberra-Vellinqtonu isə “dördlük” adlandırıb.
Nazirin sözlərinə görə, eyni şəkildə Vaşinqton iştirakçıları Şimali Atlantika Alyansı ilə praktiki əməkdaşlığa cəlb edir, həmçinin Sakit okean regionunda öz infrastrukturunu təqdim edir.
“NATO ekspansionizminin təhlükəli təzahürü “Avro-Atlantik və Hind-Sakit Okean regionunun təhlükəsizliyinin bölünməzliyi” şüarı altında blokun məsuliyyət zonasını bütün Şərqi yarımkürəsinə genişləndirmək cəhdləri olub”, - deyə Rusiya xarici işlər naziri bildirib.
Xatırladaq ki, Lavrov həmçinin ümumi siyasi müzakirədə ABŞ və Avropa ölkələrinin tamamilə öhdəlik götürdüklərini və onları yerinə yetirmədiklərini bəyan edərək, Qərbi yalan imperiyası adlandırıb.