BAKI, 23 sentyabr - Sputnik. Avropa İttifaqı (Aİ) və ABŞ Cənubi Qafqazda sabitliyi pozur, Ermənistan və Azərbaycana vasitəçilik səylərini sırımağa çalışır.
APA xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının iclasında çıxışında bildirib.
"İndi İrəvan və Bakı suverenliyin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra etimadın və dinc həyatın möhkəmlənməsinin vaxtı çatıb. Qarabağdakı Rusiya sülhməramlıları buna hər cür yardım edəcək", - deyə Rusiya XİN başçısı vurğulayıb.