BAKI, 23 sentyabr - Sputnik. Azərbaycanın Qarabağ bölgəsində yerləşən “Azıx və Tağlar mağaraları- Azərbaycanın tarixdən əvvəlki yerləri” adlı nominasiya UNESCO-nun Ümumdünya İrs Komitəsinin Ər-Riyadda keçirilən 45-ci sessiyasının qərarı ilə İlkin siyahıya (Tentative List) daxil edilib.
Bu barədə UNESCO üzrə Azərbaycanın Milli Komissiyasından bildirilib.
Xatırladaq ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında Azərbaycanın Hirkan Milli Parkının daxilində transmilli “Hirkan meşələri” və “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiyalar artıq qurumun Ümumdünya İrs Siyahısına daxil olunub.
18.09.23, 23:08
Ermənistan Azıx və Tağlar mağaralarının Dünya İrsi Siyahısına daxil edilməsinə qarşı çıxıb
Ermənistan ərazi iddialarının davam etdiyini bir daha sübut edib.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “X” hesabında paylaşım edib.
“UNESCO-nun Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Ermənistan Azərbaycandakı Azıx və Tağlar mağaralarının Dünya İrsi Siyahısına daxil edilməsinə qarşı çıxıb. Bu, Ermənistanın ərazi iddialarının davam etdiyini göstərir”, - paylaşımda qeyd olunub.