BAKI, 23 sentyabr - Sputnik. BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş katibi Antoniu Quterreşlə görüşəcək.
Bu barədə “Report”a BMT Baş katibinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, sabah baş tutacaq görüşdə BMT və Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətləri və regional məsələlərin, eləcə də Azərbaycan-Ermənistan münasibətlərin müzakirəsi nəzərdə tutulub.