QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan Qarabağın erməni sakinləri üçün yanacaq göndərib

Yanacaq ilk növbədə bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinə paylanılacaq.
Sputnik
BAKI, 23 sentyabr - Sputnik. Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağ bölgəsinin erməni sakinləri üçün yanacaq göndərib.
Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu 2 nəqliyyat vasitəsi hazırda açıq olan Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.
Hazırda yanacaq daşıyan avtomobillər Xankəndi istiqamətində hərəkət edir.
Yanacaq ilk növbədə bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinə paylanılacaq.
Qeyd edək ki, sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməni sakinlərin nümayəndələri bölgəyə yanacaq göndərilməsini xahiş etmişdilər.
QARABAĞ
Qarabağın erməni sakinlərinin problemlərinin həlli üçün görülən işlər açıqlanıb - SİYAHI