"Lansetlər" və digər zərbə dronları NATO ölkələrinin müasir kəşfiyyat və hava hücumundan müdafiə sistemləri ilə qarşıdurmada xüsusi hərbi əməliyyat (XHƏ) zonasında öz üstünlüyünü çox inandırıcı və demək olar ki, hər gün sübut edir.
Rusiya Müdafiə Nazirliyi sentyabrın 19-da Krivoy Roq yaxınlığındakı Dolqintsevo hərbi aerodromunda - Rusiya qoşunlarının nəzarətində olan Dnepr çayının sol sahilindən təqribən 70 km məsafədə Ukraynaya məxsus MiQ-29 təyyarəsinə "Lanset"in yüksək dəqiqlikli və effektiv zərbəsini nümayiş etdirib.
Kamikadze dronun fəaliyyəti kəşfiyyat pilotsuz təyyarəsi tərəfindən qeydə alınıb. Kiyev rejiminin Qərb kuratorları narahatdırlar– indi Ukrayna Silahlı Qüvvələri (USQ) və NATO aviasiyalarını təkcə Rusiya qırıcıları təhdid etmirlər, uzaq mənzilli hava hücumundan müdafiə sistemləri də qorxudurlar.
ABŞ-da bu zərbənin Nikolayev vilayətinin Voznesensk şəhərində yerləşən USQ-nin ehtiyat aviabazasını və digər arxa aerodromlarını vura bilən daha uzun mənzilli yeni "Lanset"in döyüş debütü olduğu irəli sürülüb.
Kiyevin sərəncamında qalan zərbə təyyarələri çox aşağı hündürlüklərdə nadir uçuşlar və NATO-nun Rusiyanın raket zərbələrini aşkar edən sistemi sayəsində bu günə qədər qorunub saxlanılıb.
ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı komandanı Ceyms Heker qeyd edib ki, ukraynalı pilotlar eyni aerodromdan heç vaxt iki dəfə istifadə etmirlər. Kiyevə verilməsi söz verilən F-16 qırıcıları belə bir şəraitdə çox qalmayacaq.
Bu yaxınlarda "Lancet"lərin Baş konstruktoru Aleksandr Zaxarova bildirib ki, yeni nəsil molbil sursatları ("İzdeliye-53" qeyd olunub) demək olar ki, əks müqavimət vasitələrinə qarşı möhkəmliyini qoruyub saxlayacaq, yəni düşmənin radarlarına görünməz olacaq. "Zala Aero Group" ("Kalaşnikov" konserninin bir hissəsi) şirkətinin intellektual çoxməqsədli silahları müstəqil olaraq verilmiş hədəfi tapıb onu vurmağa qadirdir.
Rusiya "ağıllı" kamikadze dronların inkişafı, kütləvi istehsalı və döyüş tətbiqində dünya liderinə çevrilir və Ukraynanın hərbi əməliyyatlar teatrında proksi-müharibəsində NATO-nu mütləq məğlub edir.
Bu, Qərb və marionet Kiyev rejimi üçün pis xəbərdir, gələcəkdə isə yaxşı xəbərlər gözlənilmir. Rusiya dronlarının uçuş məsafəsi və döyüş qabiliyyəti artacaq. Ukrayna Qərb üçün təhlükəli yükə və ya artan təhlükəyə çevrilir.
Rusiya xaçı NATO planlarına qarşı
Artan gücün döyüş başlığı (çəkisi 5 kq-a qədər) və uçuş müddəti 60 dəqiqəyə qədər olan qanadları iki xaça bənzər modernləşdirilmiş "Lancet-3" pilotsuz təyyarəsi son aylarda Ukrayna qoşunlarının kabusu olub.
"Lansetlər" Ukrayna Silahlı Qüvvələrinin yüzlərlə zirehli texnikasını, o cümlədən Almaniya istehsalı olan "Leopard" tanklarını, İsveçin CV90/40 piyada döyüş maşınlarını (PDM), ABŞ-ın "Bradley" piyada döyüş maşınlarını, M777 haubitsalarını və "Paladin" M109 özüyeriyən haubitsalarını, Slovakiyanın "Zuzana-2" və Polşanın "Krab" özüyeriyən haubitsalarını, "IRIS-T", "Avenger", "Stormer" HVM və "Krab" zenit-raket sistemlərini, RM-70 reaktiv yaylım atəş sistemi (RYAS), AN/TPQ-36 əks-batareya sistemlərini, radarlarını məhv edib.
Lakin biz artıq üç ildir ki, sınaqlar da daxil olmaqla "Lancet-3"ün düşmən üçün ölümcül effektivliyini müşahidə edirik.
Təsadüfi deyil ki, Pentaqonun rəhbəri Lloyd Ostin sentyabrın 19-da Almaniyanın Ramşteyn aviabazasında keçirilən "donor ölkələr"in 15-ci iclası zamanı müttəfiqləri və tərəfdaşları Ukrayna Silahlı Qüvvələrini prioritet olaraq "bütün mümkün hava hücumundan müdafiə vasitələrini" hədiyyə etməyə çağırıb.
NATO-nun Baş katibi Yens Stoltenberq də BMT Baş Assambleyasının 78-ci sessiyası zamanı Qərb ölkələrini Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükünü "təcili olaraq artırmağa" çağırıb.
Boş səylər. Hətta Ukraynanın hərbi əməliyyatlar teatrında NATO-nun müasir zenit-raket sistemləri də səmərəsiz olublar - onlar dronları görmürlər və Rusiya raketlərinin hücumlarını qaçırırlar.
Düşmən radarlarına zəif görünnən "Lancet"lər döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirir və öz naviqasiya sahəsini yaradır. Uçuşda tənzimləmə imkanı olsa da, onların marşrutları əvvəlcədən proqramlaşdırılır.
"Lancet"in quraşdırılmış kamerası kumulyativ, yüksək partlayıcı fuqas və ya termobarik yüklə cərrahi dəqiqliklə zərbə endirməyə imkan verir.
Demək olar ki, həmişə məğlubiyyətin nəticəsi "Zala-421" tipli kəşfiyyatçı dron tərəfindən qeydə alınır (o, cəbhə xəttini birinci keçir və zəruri hallarda aşkar edilmiş hədəfin koordinatlarını dəqiqləşdirir).
"Lanset"i ələ keçirmək, məhv etmək və ya ondan gizlənmək mümkün deyil. Dron hətta ən yeni lazer silahlarından da qorunur. "İkili iks" aerodinamik sxemi saatda 110 km-ə qədər sürətlə manevr etməyə imkan verir. "Lanset"lər 70 km-ə qədər məsafədəki hədəfləri qüsursuz şəkildə məhv edir və bu, hədd deyil.
"İzdeliye-53" və ya "Z-53" fərqli qanad həndəsəsi ilə Rusiya hücum dronlarının təkamülündə yeni bir addımdır. Aparat bir sıra döyüş sınaqlarından uğurla keçib. "ZALA AERO" şirkəti bir sıra hücum və kəşfiyyat pilotsuz təyyarələri istehsal edir.
Rusiya texnoloji bazası güclü və toxunulmaz "ZALA" dronlarına buraxılış nöqtəsindən 500 km-ə qədər məsafədə uzun saatlar uçmağa imkan verir. "ZALA" 421-16ESG hibrit dronu iki il əvvəl 1130 km marşrut üzrə ilk 12 saatlıq uçuşunu həyata keçirib. 3,5 kq yük daşıyan qurğu üç səviyyəli müstəqil naviqasiya sistemini işə salıb və məlumatları süni intellektlə emal edib.
Proqram təminatı operatoru "əllə idarəetmə" vəziyyətində səhvlərdən sığortalayır. Maşın öyrənməsi və süni intellekt texnologiyaları operatorun müdaxiləsi olmadan dəqiq naviqasiya və intellektual idarəetməni təmin edir.
Üfüqdən kənar idarəetmə məntəqələrində həyata keçirilən yeni yüksək sürətli rabitə, idarəetmə və retranslyasiya sistemi ilə pilotsuz uçan aparatın istifadə üsulu hazırlanıb. Görünən və termal görüntüləmə diapazonunda video kanalın ötürülmə radiusu 100 km-dən çoxdur. Məlumat şifrələnir, konstruksiya isə çətin hava şəraitində döyüş tapşırıqlarını həll etməyə imkan verir.
Yüksək texnologiyaları əldə edən Rusiya bununla dayanmır və özünü faydalı xarici təcrübədən uzaqlaşdırmır. Rusiyanın müdafiə naziri Sergey Şoyqu dünən Tehranda keçirilən sərgidə İran istehsalı olan PUA-larla tanış olub. Bu yaxınlarda, iyul ayında Şoyqu Pxenyanda müasir silahlar sərgisini ziyarət edib.
Rusiyanın gücü təkcə Sibirdə artmayacaq.