RUSİYA

Rusiya BAEA-dan aydın mövqe tələb edir

Rusiya XİN rəsmisi bildirib ki, Zaporojye AES-ə münasibətdə nüvə təhlükəsizliyinə təhdidin haradan gəlməsi ilə bağlı daha aydın mövqe gözləyirlər.
Sputnik
BAKI, 22 sentyabr — Sputnik. Moskva Zaporojya AES-də nüvə təhlükəsizliyinə təhdidin haradan gəlməsi ilə bağlı BAEA-dan daha aydın mövqe gözləyir. Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov RİA Novosti-yə bildirib.
"Ümumiyyətlə, biz agentlikdən(BAEA) Zaporojye AES-ə münasibətdə nüvə təhlükəsizliyinə təhdidin haradan gəlməsi ilə bağlı daha müəyyən və aydın mövqe gözləyirik. Təəssüf ki, indiyədək BAEA katibliyinin əməkdaşlarının və ekspertlərin Zaporojye AES-də olmasına baxmayaraq, biz onlardan aydın bəyanat eşitməmişik. Məhz Kiyev və onun hərəkətləri belə təhlükə yaradır. Təxribatçı addımlar, o cümlədən peyk şəhəri Enerqodara hücumlara cəhd edilir", – diplomat vurğulayıb.
AES 2022-ci ilin martından Rusiya ordusunun nəzarəti altındadır. Rusiya Xarici İşlər Nazirliyi nüvə və radioaktiv materialların sızmasının qarşısını almaq üçün bu addımın haqlı olduğunu vurğulayıb.
Beynəlxalq Atom Enerjisi Agentliyi Zaporojye AES-in təmas xəttinə yaxın olması səbəbindən onun ətrafında təhlükəsizlik zonasının yaradılmasının zəruriliyini dəfələrlə bəyan edib.