RUSİYA

Qərb sağlam düşüncə nümayiş etdirdiyi zaman JCPOA üzrə işi bərpa etməyə hazırıq - Ryabkov

Birgə Hərtərəfli Hərəkət Planı adlanan nüvə sazişi İranın öz nüvə proqramını məhdudlaşdırması müqabilində, Tehranın üzərindəki ABŞ sanksiyalarının qaldırılmasını nəzərdə tutur.
Sputnik
BAKI, 22 sentyabr — Sputnik. Qərbli həmkarlar nə vaxt sağlam düşüncə nümayiş etdirsələr, Rusiya Vyanada nüvə sazişi üzərində işi bərpa etməyə hazırdır. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov RİA Novosti-yə bildirib.
"Xüsusən də, Paris, London və Berlin son vaxtlar Birgə Hərtərəfli Fəaliyyət Planının(JCPOA) bərpasında maraqlı deyilmiş kimi davrandılar. İran, biz və Çin razılaşmanın bütün mərhələlərində ardıcıl yanaşma nümayiş etdiririk", - deyə diplomat vurğulayıb.
Birgə Hərtərəfli Hərəkət Planı adlanan nüvə sazişi İranın öz nüvə proqramını məhdudlaşdırması müqabilində, Tehranın üzərindəki ABŞ sanksiyalarının qaldırılmasını nəzərdə tutur. 2015-ci il sazişinin digər imza tərəfləri - Fransa, Britaniya, Almaniya, Rusiya və Çin İranın tez bir zamanda danışıqlara qayıtmasını gözləyirlər və bundan sonra hər hansı ləngimənin məqbul olmadığını bildirirlər.