Qarabağın dirçəlişi və reinteqrasiyası

Qarabağdakı erməni sakinlərinə göndərilən ərzaq yükü Xankəndiyə çatıb - FOTO

Fövqəladə Hallar Nazirliyi tərəfindən Qarabağ bölgəsinin erməni əsilli əhalisi üçün 1 000 yerlik çadırlar qurulub.
Sputnik
BAKI, 22 sentyabr - Sputnik. Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükü əraziyə çatdırılıb.
APA-nın xəbərinə görə, sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb və yardımı ünvanına çatdırıb.
Bundan əlavə, Azərbaycanın Fövqəladə Hallar Nazirliyi Qarabağ bölgəsinin erməniəsilli əhalisi üçün 1 000 yerlik çadırlar qurub.
Report-un məlumatına görə, çadırlar Kəlbəcər, Füzuli Ağdam rayonlarında yerləşdirilib. Sakinlərə xidməti polis əməkdaşları göstərib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.