BAKI, 22 sentyabr — Sputnik. Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Tayyib Ərdoğan arasındadanışıqların dəqiq tarixi hələlik müəyyən edilməyib. Bu barədə RİA Novosti Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən məlumat yayıb.
Daha əvvəl Ankara bəyan etmişdi ki, yaxın günlərdə Rusiya və Türkiyə prezidentləri arasında "taxıl sazişi" ilə bağlı telefon danışıqları olacaq, tərəflər Rusiyanın təklif etdiyi "qaz qovşağı" layihəsini və Rusiya taxılının Afrika ölkələri üçün ixracı məsələsini müzakirə edəcəklər.
"Hələ ki, bu məsələdə heç bir irəliləyiş yoxdur. Danışığın dəqiq tarixi müəyyən edilməyib və hələ ki, cədvəldə yoxdur. Amma bilirsiniz ki, Putinlə Ərdoğan arasında danışıqlar tez-tez müəyyən edilmiş fasilələrlə razılaşdırılır, buna görə də danışıqlar aparılacaq", – Pekov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.