DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çirkli hava hər il yüz minlərlə avropalının ölümünə səbəb olur

30 milyon avropalı PM2.5-in icazə verilən səviyyədən 4 dəfədən də çox olduğu hava ilə nəfəs alır. Üstəlik, Şərqi Avropada vəziyyət Qərbi Avropadan qat-qat pisdir.
Sputnik
BAKI, 22 sentyabr — Sputnik. Avropalıların böyük əksəriyyəti son dərəcə yüksək hava çirkliliyi olan yerlərdə yaşayırlar. Bu, çoxlu sayda xəstəliyə, ölü doğumlara səbəb olur və hər il ən azı 400 min insanın həyatına son qoyur. Orqanizmə hava ilə daxil olan PM2.5 hissəcikləri qanla daşınaraq, demək olar ki, bütün orqan və toxumalara daxil olub onların fəaliyyətini pozur və ağır, bəzən ölümcül xəstəliklərə səbəb olur.
Mütəxəssislər belə qərara gəliblər.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, Avropa əhalisinin üçdə ikisi havada PM2.5 hissəciklərinin səviyyəsinin icazə verilən həddən ən azı iki dəfə yüksək olduğu bölgələrdə yaşayır.
ÜST ekspertləri bildirirlər ki, 30 milyon avropalı PM2.5-in icazə verilən səviyyədən 4 dəfədən də çox olduğu hava ilə nəfəs alır. Üstəlik, Şərqi Avropada vəziyyət Qərbi Avropadan qat-qat pisdir.
"Bu, ciddi ictimai sağlamlıq böhranıdır. Biz çox aydın görürük ki, Avropada demək olar ki, hamı sağlam olmayan hava ilə nəfəs alır", - deyə Utrext Universitetinin ekoloji epidemiologiya professoru Roel Vermyulen "The Guardian"a istinadən yazıb.
Haqlı olaraq görünməz qatil adlandırılan PM2.5, hissəcik ölçüləri 2,5 mikrondan (0,0025 mm) kiçik olan həm bərk, həm də maye maddələri ehtiva edən hava çirkləndiricisidir. PM2.5 hissəciklərinin əsas mənbələri daxili yanma mühərrikləri, yol səthinə sürtülən avtomobil şinləri, küçə tozu, yanma məhsulları, xarab olan plastik və s.-dir. Orqanizmə hava ilə daxil olan PM2.5 hissəcikləri qanla daşınaraq, demək olar ki, bütün orqan və toxumalara daxil olub onların fəaliyyətini pozur və ağır, bəzən ölümcül xəstəliklərə səbəb olur.
Bundan əvvəl ABŞ-ın Çikaqo və Detroyt meqapolislərinin havanın çirklənməsinin ən çox olduğu şəhərlərin dünya reytinqinə başçılıq etdiyi bildirilirdi.