RUSİYA

BMT-ni Şoltsun və Almaniyanın mövqeyi maraqlandırmır

"Tarixin qatarı artıq Berlin dayanacağını keçib" və hazırda "qərarlar başqa yerlərdə verilir".
Sputnik
BAKI, 22 sentyabr — Sputnik. Kansler Şoltsu BMT Baş Assambleyasında, demək olar ki, boş bir zalı dinləyib. Bəlkə də BMT tarixində ilk dəfə olub: nə onun özü, nə də Almaniyanın mövqeyi onlara maraqlı deyil.
Bu sözlərlə "Telegram"da Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının rəhbəri Aleksey Puşkov Almaniya kansleri Olaf Şoltsun Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında yarıboş zalda çıxış etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Senator bununla BMT-nin nə Şolts, nə də Berlinin mövqeyi ilə maraqlanmadığını göstərə biləcəyini istisna etməyib.
Puşkovun sözlərinə görə, "tarixin qatarı artıq Berlin dayanacağını keçib". O vurğulayıb ki, hazırda "qərarlar başqa yerlərdə verilir".
Bir müddət əvvəl şərhçi Ulrix Reyts Almaniya kansleri Şoltsun Hindistanda keçirilən G20 sammitində Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qarşılamaqdan imtina etməklə vəziyyətdə zəiflik nümayiş etdirdiyi fikrini bildirmişdi.