BAKI, 22 sentyabr - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova Teleqram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, görüş Qarabağda Rusiya sülhməramlılarının ölümünə görə üzrxahlıqla başlayıb.
"Sergey Lavrovun BMT-də Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri ilə görüşü Rusiya sülhməramlılarının ölümü ilə bağlı rəsmi Bakının üzr istəməsi ilə başlayıb”, - deyə o yazıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.