CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan dilində ilk İncil təqdim olunub

Milli dildə olan liturgik kitabın əl ilə işlənmiş ilk nüsxələri Pyatiqorsk və Çərkəz arxiyepiskopu, Bakı-Azərbaycan Yeparxiyasının rəhbəri vəzifəsini icra edən Teofilakt tərəfindən kitabın tərcüməsində və nəşrində iştirak edənlərə təqdim olunub.
Sputnik
BAKI, 22 sentyabr - Sputnik. Pravoslavlıq tarixində Azərbaycan dilində ilk liturgik kitab – “Altar İncili” nəşr olunub. Bu barədə Bakı yeparxiya administrasiyasının katibi arximandrit Aleksiy (Nikonorov) sosial şəbəkədəki səhifəsində bildirib.
Onu Azərbaycanda arxpastorluq səfərində olan Bakı-Azərbaycan Yeparxiyasının rəhbəri vəzifəsini icra edən, Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilakt təqdim edib.
Müqəddəs Məryəmin mövludu Katedralində patronal bayram münasibətilə şənliklər, arxiv
Azərbaycan dilində liturgik kitabın əl ilə işlənmiş ilk nüsxələri kitabın tərcüməsində və nəşrində iştirak edənlərə təqdim olunub.
Arximandrit Aleksiy yepiskop qarşısında Azərbaycan dindarlarına göstərilən xidmətlərə və daimi qayğıya görə minnətdarlığını bildirib.
Din xadimi qeyd edib ki, məhz bu günlərdə Azərbaycan sakinləri öz ölkələrinin tarixində yeni bir səhifə yazmağa başlamaq fürsətinin yarandığı xüsusi, taleyüklü bir dövrü yaşayır.

“İnanmaq istərdim ki, orada düşmənçilik və qarşıdurma üçün yer olmayacaq, ancaq sülh və yaradıcılıq hökm sürəcək”, - deyə Arximandrit Aleksiy bildirib.

Arxiyepiskop Feofilakt yeparxiyanın ruhaniləri ilə birlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dəfn olunduğu yerə baş çəkib, bərpa olunmuş Bakı yeparxiyasının birinci yepiskopu - Arxiyepiskop Aleksandrın məzarı başında dualar edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.