BAKI, 22 sentyabr — Sputnik. Aİ Qarabağdakı vəziyyətlə bağlı birgə bəyanatın mətni üzrə konsensusa nail olmayıb, çünki Macarıstan və bir sıra digər ölkələr öz təkliflərini irəli sürüb, ona görə də Aİ-nin ali nümayəndəsi Josep Borrell öz adından bəyanat yayıb. Bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
Bundan əvvəl KİV Aİ-nin Azərbaycanın hərəkətlərini pisləyən birgə bəyannaməsinin Budapeşt tərəfindən bloklandığı barədə məlumatlar yaymışdı.
"Dünən Aİ-nin Qarabağdakı vəziyyətlə bağlı bəyanatı ilə bağlı bir neçə saxta xəbər yayılıb. Həqiqət budur ki, Macarıstan və bir sıra digər üzv dövlətlər birgə bəyanatla bağlı şərh və təkliflər səsləndiriblər, lakin konsensus əldə olunmayıb, ona görə də Aİ Ali Nümayəndəsi öz adından bəyanat dərc edib", - deyə Siyarto Facebook-da (Rusiya Federasiyasında qadağan olunmuş ekstremist sosial şəbəkə) yazıb.
Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində toplantı keçirir və Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Qarabağ hadisələri haqqında ətraflı danışıb.
"Macarıstanın buradakı mövqeyi də aydındır: müharibə əvəzinə sülh lazımdır, uzun illər və onilliklərdən sonra Qarabağ əhalisininiztirablarına son qoymağın vaxtı çatıb. Birtərəfli bəyanatlar bu işdə kömək etmir, lakin BMT bunları birbaşa müzakirə etmək üçün əla fürsətdir", - deyə Siyarto yazıb.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.