BAKI, 21 sentyabr — Sputnik. NATO-nun Rusiya dövlət sərhədinə yaxın ərazidə manevrləri istəmədən insidentlər və vəziyyətin gərginləşməsi riski yaradır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri "RİA Novosti" ilə söhbətində bildiriblər.
NATO ölkələri 2024-cü ilin yazında " Steadfast Defender" təlimini planlaşdırıblar. Təlim bir sıra Avropa ölkələrinin ərazisində keçiriləcək. Onlarda 40 minə qədər hərbçi iştirak edəcək.
Eyni zamanda, Alyans gizlətmir ki, təlimlər zamanı onlar konkret olaraq Rusiyadan hücumu dəf etmək üçün tədbirlər həyata keçirəcəklər. Bu planlar təxribat və təcavüzdən başqa bir şey deyil.
"NATO tərəfindən daim gərginliyin artdığı hazırkı şəraitdə belə halların qeyri-ixtiyari olaraq silahlı münaqişəyə çevrilməsi təhlükəsi son dərəcə yüksəkdir", - deyə Rusiya XİN qeyd edib.
Eyni zamanda, Rusiya mütəmadi olaraq NATO-ya gərginliyin azaldılması ilə bağlı müxtəlif təşəbbüslər təklif edib. Diplomatlar təxribatlardan əl çəkməyə çağırıblar; Rusiya Federasiyasının özü təlimləri dövlətin dərinliklərinə keçirərək nümunə göstərib.
"NATO buna cavab olaraq ölkəmizlə qarşıdurma axtarmadıqlarını şifahi şəkildə bəyan etsə də, əslində qapımızda sözün əsl mənasında "güc nümayişi"ni davam etdirdi", - deyə Rusiya XİN fikrini yekunlaşdırıb.
Yeni təlimlərin elanı zamanı NATO nümayəndələri Şimali Atlantika blokunun "yeni kollektiv müdafiə dövrünü gözlədiyini" bildiriblər. Onlar hesab edirlər ki, Alyans ölkələri heç vaxt indikindən daha güclü və daha hazırlıqlı olmayıblar.