BAKI, 21 sentyabr - Sputnik. Qarabağın mülki əhalisi arasında kütləvi itkilərin olması ilə bağlı yayılan məlumatlar reallığa uyğun gəlmir.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında canlı yayımda deyib.
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda atəşkəs rejiminə ümumilikdə əməl olunduğunu qeyd edib.
Qeyd edək ki, sentyabrın 19-dan başlayaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirləri həyata keçirilib.
Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus döyüş mövqeləri, hərbi təyinatlı avtomobillər, artilleriya və zenit-raket qurğuları, radioelektron mübarizə stansiyaları və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirilib.
Ermənistan KİV-ləri və sosial şəbəkə istifadəçiləri guya Azərbaycan tərəfinin istifadə etdiyi silahlar nəticəsində Xankəndinin mülki əhalisi arasında kütləvi itkilərin olduğu barədə dezinformasiyalar yayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.