DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NATO və Aİ Macarıstanı BMT-də Rusiya nümayəndələri ilə görüşməməyə çağırıb

Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib ki, Rusiya və Belarus nümayəndələri ilə görüşməməyə inandırmağa çalışıblar.
Sputnik
BAKI, 21 sentyabr - Sputnik. Avropa İttifaqı (Aİ) və Şimali Atlantika Alyansı ölkələri Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasında Macarıstanı Rusiya və Belarus nümayəndələri ilə görüşməməyə çalışıblar.
Bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto "CGTN" telekanalına müsahibəsində deyib.
Siyarto qeyd edib ki, Aİ və NATO ölkələri BMT Baş Assambleyasının platformasından dialoq qurmaq üçün istifadə etmək istəyini nümayiş etdirməyib.
"Bizi Rusiya və Belarus nümayəndələri ilə görüşməməyə inandırmağa çalışdılar. Ancaq mən hesab edirəm ki, bu dalana dirənmək deməkdir", - deyə diplomat vurğulayıb.
Bu yaxınlarda Siyarto Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşmək niyyətində olduğunu bildirib.