AZƏRBAYCAN XƏBƏRLƏRİ

Gəncədə çökmə ehtimalı olan binadan vətəndaşlar təxliyə edilib

FHN-dən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
Sputnik
BAKI, 21 sentyabr — Sputnik. Gəncə şəhərində ticarət mərkəzinin bir hissəsində çökmə olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən Mərkəzi univermaq binasının bir hissəsinin çökmə ehtimalının olması barədə məlumat daxil olub.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub
FHN-dən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Univermaq binasında çökmə ehtimalı nəzərə alınaraq binadakı vətəndaşların təxliyəsi təşkil olunub.