SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan İlham Əliyevə zəng edib

Telefon söhbəti zamanı lokal xarakterli antiterror tədbirlərinin başa çatması və Azərbaycanın Qarabağ bölgəsində olan qanunsuz silahlı birləşmələrin silahı yerə qoymaları və tərk-silah olmaları barədə fikir mübadiləsi aparılıb.
Sputnik
BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 20-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı lokal xarakterli antiterror tədbirlərinin başa çatması və Azərbaycanın Qarabağ bölgəsində olan qanunsuz silahlı birləşmələrin silahı yerə qoymaları və tərk-silah olmaları barədə fikir mübadiləsi aparılıb.
Dövlət başçıları Azərbaycan və Türkiyənin daim bir-birinin yanında olduqlarını vurğulayıblar.
Azərbaycan və Türkiyə prezidentləri qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən gələcək təmaslar və strateji müttəfiqlik əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıblar.