AZƏRBAYCAN XƏBƏRLƏRİ

Bakıda Asiya Parlament Assambleyasının komitə iclası keçirilir

Azərbaycan 2024-2026-ci illər üçün Asiya Parlament Assambleyasına sədrliyə namizədliyini irəli sürüb.
Sputnik
BAKI, 21 sentyabr — Sputnik. Milli Məclisdə Asiya Parlament Assambleyası (APA) Sosial və mədəni məsələlər üzrə daimi komitənin iclası keçirilir.
İclasda bir sıra qətnamə layihələrinin müzakirəsi gözlənilir.
Belə ki, iclasda "Asiyada mədəni müxtəlifliyin təşviqi və mədəni irsi qorunması istiqamətində tədbirlər haqqında", "İnformasiya və kommunikasiya texnologiyaları vasitəsilə Asiya inteqrasiyası haqqında", Asiyada səhiyyə bərabərliyi üzrə əməkdaşlıq haqqında", "Asiya parlamentariləri korrupsiyaya qarşı", "APA qadın parlamentariləri haqqında" qətnamə layihəsi və digər bir sıra qətnamələrə baxılacaq.
İclasda Milli Məclisin sədri Sahibə Qafarova, Bəhreyn, Fələstin, İndoneziya, İran, İraq, Kamboca, Küveyt, Pakistan, Qazaxıstan, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Tayland, Tacikistan, Türkiyə və Asiya Parlament Assambleyasının Katibliyinin nümayəndə heyəti iştirak edirlər.
Azərbaycan 2024-2026-ci illər üçün Asiya Parlament Assambleyasına sədrliyə namizədliyini irəli sürüb.
Bu barədə Asiya Parlament Assambleyası Sosial və mədəni məsələlər üzrə daimi komitənin baş katibi Muhammed Reza Məcidi komitənin Bakıda keçirilən iclasında bildirib.
O qeyd edib ki, Azərbaycanın namizədliyinə dəstək verəcək.