DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-da kommersiya neft ehtiyatları azalıb

Analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 2 200 min barel azalacağını proqnozlaşdırırdı.
Sputnik
BAKI, 21 sentyabr — Sputnik. Ötən həftənin yekunlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları 2 135 min barel azalaraq, 418 456 min barel təşkil edib.
Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 2 200 min barel azalacağını proqnozlaşdırırdı.
ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.