RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Zaxarova: USQ-nin əsgərləri əsirləri alçaltdıqlarına görə cavab verəcəklər

USQ tərəfindən rusiyalı hərbi əsirlərin alçaldılması halları ilə bağlı faktlar təsdiqini taparsa, günahkarlar məsuliyyətə cəlb olunacaqlar.
Sputnik
BAKI, 19 sentyabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi hərbi əsirlərin alçaldılması halları ilə bağlı Ukrayna hərbçilərinin cinayət təqibinin mümkünlüyü barədə xəbərdarlıq edib.
Bu barədə idarənin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, bir neçə gün əvvəl internetdə ukraynalı əsgərlərin rusiyalıların geyimində olan iki əsiri minalanmış sahəyə doğru apardığını əks etdirən görüntülər yayılıb. Daha sonra ukraynalı hərbçilərdən biri onların olduğu istiqamətə atəş açıb, ardınca partlayış səsi eşidilib.
Zaxarova vurğulayıb ki, Rusiya təhlükəsizlik qüvvələri bu məlumatları öyrənirlər. Faktlar təsdiqini taparsa, günahkarlar məsuliyyətə cəlb olunacaqlar.
Bundan əvvəl DXR Ali Məhkəməsi Mariupolda səkkiz dinc sakini qətlə yetirməkdə təqsirli bilinən 27 yaşlı Ukrayna Silahlı Qüvvələrinin hərbçisi Vladislav Kulıka hökm çıxarıb. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ömürlük azadlıqdan məhrum edilib.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
"NYT" Konstantinovkanın Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu müəyyən edib