BAKI, 20 sentyabr — Sputnik. Rusiya ABŞ-ın NATO-nun genişlənməsinə dair təxribatçı siyasətinə sərt cavab verib. Amerikalı iqtisadçı, Kolumbiya Universitetinin professoru Ceffri Saks bu barədə "The Duran" YouTube kanalına müsahibəsində bildirib.
Kolumbiya Universitetinin professoru Rusiyanın mövqeyinə görə NATO-nun hərəkətlərinin uğursuzluğunu etiraf edib və Ukrayna münaqişəsini Vaşinqtonun təsirinin zəifləməsinin sübutu adlandırıb. Ekspertin sözlərinə görə, Moskva ABŞ-ın təzyiqinə birbaşa "yox" deyib. Digər dövlətlər də ABŞ-ın hökmranlığını deyil, çoxqütblü dünyanı tələb edirlər.
Saks vurğulayıb ki, Rusiya ilə ABŞ arasında qarşıdurma yeni səviyyəyə keçir: "Əvvəllər çoxsaylı münaqişələrə baxmayaraq, Vaşinqtonun güclü rəqibləri yox idi və indi Moskva belə bir rəqibə çevrilib.
Bundan əvvəl ABŞ ordusunun keçmiş kəşfiyyatçısı Skott Ritter bildirmişdi ki, Rusiya Silahlı Qüvvələrinin elektron döyüş sistemləri Amerikanın ATACMS raketlərini asanlıqla məhv bilər.