BAKI, 20 sentyabr — Sputnik. Bu gündən etibarən İran Azərbaycan və Ermənistana və əks istiqamətdə bütün uçuşları dayandırıb.
Trend-in məlumatına görə, bunu İranın Mülki Aviasiya Təşkilatının sədri Məhəmməd Məhəmmədibəxş deyib.
M.Məhəmmədibəxşin sözlərinə görə, bölgədəki şəraiti nəzərə alaraq, uçuşlar məlumat verilənədək təşkil olunmayacaq.
M.Məhəmmədibəxş əlavə edib ki, uçuşların dayandırılması ilə bağlı qərar sərnişinlərin təhlükəsizliyi və təhlükəsiz şəkildə uçuşların təşkil olunması ilə əlaqədar verilib.
İranlı rəsmi bilet alan sərnişinlərin qaydalar çərçivəsində biletlərinin geri qaytarılacağını deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.