RUSİYA

Putin Qarabağ ətrafındakı vəziyyətdən danışdı

Rusiya lideri bildirib ki, regionda deeskalasiyaya nail olacaqlarına və problemin sülh yolu ilə həll ediləcəyinə ümid edir.
Sputnik
BAKI, 20 sentyabr — Sputnik. Qarabağ ətrafındakı münaqişə sülh yolu ilə həll oluna bilər. Rusiya prezidenti Vladimir Putin buna ümid etdiyini bildirib
Rusiya lideri Çinin xarici işlər naziri Van İ ilə görüşdə qeyd edib ki, Rusiya sülhməramlılarının əsas bazasında 2000-dən çox mülki şəxs var, onlardan mindən çoxu uşaqdır.

"Biz münaqişənin bütün tərəfləri çox sıx təmasdayıq. Ümid edirəm ki, deeskalasiyaya nail olacağıq və bu problemi sülh yolu ilə həll edəcəyik", - Rusiya Prezidenti vurğulayıb.

Qeyd edək ki, Prezident administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə sentyabrın 21-də Yevlaxda görüş keçiriləcək.
Separatçılar təslim oldular
Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib ki, lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Bildirilib ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub:
1.
Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
2.
Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
3.
Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında bildirilib ki, Prezident administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə sentyabrın 21-də Yevlaxda görüş keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.