BAKI, 20 sentyabr — Sputnik. Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək əzmini alqışlayır. Bunu Özbəkistan Senatının (parlamentin yuxarı palatası) birinci vitse-spikeri Sadık Safayev deyib.
"Biz Azərbaycanın bütün sahələrdə, xüsusilə ərazi bütövlüyünün və ədalətin bərpasında əldə etdiyi nailiyyətlərdən məmnunuq. Azərbaycanın haqq mübarizəsini dəstəkləyirik və bütün çətinliklərə baxmayaraq, Azərbaycan hökumətinin və xalqının ərazi bütövlüyünü bərpa etmək və qorumaq əzmini alqışlayırıq. Əminəm ki, Azərbaycan tezliklə Qarabağı dünyanın ən cənnət guşələrindən birinə çevirəcək, Şuşa qucağını açacaq və onun gözəlliklərindən həzz alması üçün dünyanın hər yerindən gələn qonaqları qəbul edəcək", - Safayev bildirib.
Qeyd edək ki, Prezident administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə sentyabrın 21-də Yevlaxda görüş keçiriləcək.
Separatçılar təslim oldular
Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib ki, lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Bildirilib ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub:
1.
Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.2.
Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.3.
Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında bildirilib ki, Prezident administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə sentyabrın 21-də Yevlaxda görüş keçiriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.