İQTİSADİYYAT

Naxçıvanın sosial-iqtisadi inkişafına dair Tədbirlər Planı təsdiqlənib

Gələn il Naxçıvan şəhərində tramvay xəttinin layihələndirilməsi nəzərdə tutulur.
Sputnik
BAKI, 20 sentyabr — Sputnik. Nazirlər Kabineti "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı"nı təsdiq edib.
Bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Naxçıvanda tramvay nəqliyyatı təşkil ediləcək
Gələn il Naxçıvan şəhərində tramvay xəttinin layihələndirilməsi nəzərdə tutulur. Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı"nda öz əksini tapıb.
Sənədə əsasən, bu məsələ ilə bağlı icraçı qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.
Bundan başqa, muxtar respublikada elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə vergi-gömrük güzəştlərinin tətbiqi, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrindən (minik avtomobilləri, avtobuslar və s.) istifadənin artırılması, elektriklə işləyən nəqliyyat vasitələri üçün doldurma məntəqələrinin qurulması planlaşdırılır.
Naxçıvanda İnvestisiya Forumu keçiriləcək
Gələn il Naxçıvan Muxtar Respublikasında yerli və xarici investorların (sahibkarların) iştirakı ilə İnvestisiya Forumu keçiriləcək. Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı"nda öz əksini tapıb.
Sənədə əsasən, bu məsələ ilə bağlı icraçı qurum İqtisadiyyat Nazirliyi və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasıdır.
Bundan başqa, regiona yerli və xarici investorların cəlb olunması, "Invest in Nakhchivan" veb-səhifəsinin hazırlanması, yerli və xarici investisiyalar əsasında yaradılan istehsalat, ticarət, xidmət və digər sahələrdə yeni müəssisələrin işə salınması, iqtisadiyyatın prioritet sahələri üzrə (kənd təsərrüfatı, qida emalı, inşaat, turizm, İKT, nəqliyyat-logistika və s.) investisiya layihələrinin hazırlanması planlaşdırılır.
Bundan başqa, 2023-2024-cü illərdə Naxçıvan Muxtar Respublikasında sahibkarlara güzəştli kreditlərin verilməsi ilə bağlı məqsədli limitin ayrılması nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.